Dünya

Tramp önəmli FƏRMAN İMZALAYIB

23 Yanvar 2017 21:51
2 Şərh     Baxış: 6 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Əməkdaşlığından çıxmasına dair fərman imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Əməkdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.
 
Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür. 
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TTP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.