Dünya

Rusiya və Türkiyə Suriyada İŞİD-ə qarşı birgə əməliyyat keçirib

23 Yanvar 2017 21:48
2 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Hələb əyalətində Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-ə qarşı birgə əməliyyat keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata görə, yanvarın 21-də Rusiya və Türkiyəyə məxsus hərbi təyyarələr Hələb əyalətinin Əl-Bab yaşayış məntəqəsi istiqamətində İŞİD terrorçu qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Əməliyyata Rusiya tərəfindən 3, Türkiyə tərəfindən 4 təyyarə cəlb edilib. Ümumilikdə 22 hədəfin vurulduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.