Dünya

İran Suriya ilə bağlı təklif etdi ki...

23 Yanvar 2017 21:42
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran xarici işlər nazirinin müavini Hüseyn Caberi Astanada keçirilən danışıqlarda Suriya probleminin tənzimlənməsi ilə bağlı yol xəritəsinin hazırlanmasının mümkün olduğunu bəyan edib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, H.Caberinin sözlərinə görə, Rusiya, İran və Türkiyənin təşəbbüsü ilə keçirilən danışıqlar Suriya hökuməti ilə silahlı qruplar arasında dialoqa yardım etməlidir. Bunun üçün isə dəqiq yol xəritəsi lazımdır.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas keçirilib. İclasda Rusiya, İran, Türkiyə, Suriya hökuməti və müxalifət iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.