Dünya

Baş nazirin müavini: "Tramp Obamanın səhvlərini təkrar etməməlidir"

23 Yanvar 2017 19:46
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güman ki, Donald Tramp Ağ evin başında Vaşinqtonun Yaxın Şərq, eləcə də digər ölkələrə qarşı münasibətdə siyasətinə dəyişikliklər etməyə çalışacaq. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini bildirib: "Ümid etmək istərdik ki, yeni administrasiya Yaxın Şərqdə sülhə çalışacaq".

Onun sözlərinə görə, Ankara ümid edir ki, Tramp Türkiyəyə yanaşmada Obamanın etdiyi səhvləri təkrar etməyəcək.

N.Kurtulmuş Tramp administarsiyasına Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinə də müsbət yanaşmağı tövsiyə edib. O, F.Gülənin Türkiyəyə təhvil verilməsi barədə məsələnin Tramp administrasiyası qarşısında qaldırılacağını da vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.