Dünya

Ermənistanda muzdlu çavuş güllələnib

23 Yanvar 2017 19:07
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarkisyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib. 

Milli.Az bildirir ki, APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, çavuş Araik Sarkisyan yanvarın 16-da qarın nahiyəsindən güllə yarası alıb və ölüb. Müəyyən olunub ki, A. Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi  qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.

İlkin məlumata görə, hərbi qulluqçu A. Sarkisyana təhkim edilən odlu silahı  götürüb və onun boş olduğunu zənn edərək tətiyi çəkib. O, artıq həbs edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.