Dünya

"Belə edib neçə qızı atanın yatağına saldın?" - FOTO

23 Yanvar 2017 17:55
9 Şərh     Baxış: 16 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şoumen Mehmet Ali Erbilin qızı Sezin sosial şəbəkə hesabına göndərilən bir şərhi izləyiciləriylə paylaşıb və cavab verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, şoumenin böyük qızı Sezin Erbil İnstagram-da ona edilən təhqir və qarğış məzmunlu bir şərhi paylaşarkən, həmin şəxsə verdiyi uzun bir cavab diqqət çəkib.

Sözlərində təcavüzkar ifadələr işlətməməyi tərcih edən Sezin: "Mənə gələn şərhə baxın, daha doğrusu, təhqir və qarğış! Sən kimsən ki, mənə böhtan atıb, üstəlik qarğış edirsən? Bu günə qədər pis şərh çox az gəldi, amma beləsini heç görmədim! Mən doğulduğumdan bəri məşhur bir atanın övladıyam və həyatımda utanılacaq heç bir şey etmədim. Bu qədər düzgün yaşayan mənə də dil uzadırsınızsa, Allahınız bilsin!" - yazıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.