Dünya

Canlı yayımda uşağının ağzını bağlayıb divardan asdı - VİDEO - FOTO

23 Yanvar 2017 17:44
17 Şərh     Baxış: 4 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da evdə təmizlik edə bilmək üçün uşağını divardan asan və görüntüləri Facebook-dan canlı yayımlayan ana polislər tərəfindən saxlanılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatında iki yaşlı uşağının ağzını bağlayaraq qolları və ayaqlarından divara "düyünləyən" Şayla Rudolf adlı 18 yaşlı qadının körpəsi isə uşaqlara ictimai yardım təşkilatının himayəsinə verilib.

Ağzı bağlanılan və qolları və ayaqlarından divardan asılan uşaq 15 dəqiqəlik video boyunca ağlayarkən anası: "Sənin anan dünyanın ən yaxşı anasıdır. Ağlamağa davam etsən, yenə bağlayacam. İndi səssiz dur və televizora bax", - deyir.

Uşağı divardan asdıqdan sonra ev işlərinə başlayan Şayla təmizlik etdiyi və yemək bişirdiyi zaman "ayaq altında gəzən uşaqları belə asmağın təsirli bir üsul olduğunu" söyləyib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda uşağının ağzını bağlayıb divardan asdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.