Dünya

Finlandiya Trampla Putini görüşdürməyə hazırdır, əgər...

23 Yanvar 2017 16:58
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiya Rusiya və ABŞ rəhbərləri Vladimir Putin və Donald Trampın görüşünü təşkil etməyə hazırdır, "əgər şərait buna imkan verərsə".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya jurnalistlərə bəyan edib.

Baş nazir qeyd edib: "Biz belə bir görüşü Arktika Şurasının sammiti çərçivəsində təşkil etməyə hazırıq, əgər siyasi durum buna yol verərsə".

Qeyd edək ki, Finlandiya hökuməti hələ ötən ilin dekabrında ABŞ və Rusiya prezidentlərinin görüşünü təkil etmək niyyətini bəyan etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.