Dünya

Qızılın qiyməti xeyli bahalaşdı

23 Yanvar 2017 15:56
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında qızılın qiyməti 2016-cı il noyabrın 17-dən etibarən (1219 dollar/unsiya) ən yüksək həddə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın yeni prezidentinin proteksionist iqtisadi qərarlar qəbul edəcəyi ilə bağlı investorların narahatlıq keçirməsi və risksiz maliyyə aktivlərinə yönəlməsi göstərilir. 

Qızılın qiymətinin artması həmçinin dolların məzənnəsinin azalması amili ilə dəstəklənir. Xatırladaq ki, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi son bir ayın maksimal həddinə çataraq 1,0750 olub. Məzənnənin bir qədər də artması gözlənilir. Bu da nəticədə qızılın bahalaşmasına gətirib çıxaracaq. 
"Əlbəttə, bu, müvəqqəti haldır. Qızılın qiymətinin ortamüddətli perspektivdə 1000 dollar/unsiyadan aşağı enəcəyi proqnozlaşdırılır", - deyə analitiklər qeyd edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.