Dünya

Erməni qadın Avstraliyada baş nazir seçildi

23 Yanvar 2017 15:40
7 Şərh     Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni əsilli siyasətçi Qledis Bereyiklian Avstraliyanın Yeni Cənubi Uels ştatının yeni baş naziri seçilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Bereyiklian sayca ştatın 45-ci baş naziri olub. 

46 yaşlı Qledis Bereyiklian bu gün günorta saatlarında liberallar partiyasında keçirilən seçkilərdə asanlıqla qələbə qazanıb. O, baş nazir postunda Mayk Bayirdi əvəzləyəcək. 

Qeyd edək ki, erməni əsilli siyasətçi Qledis Bereyiklian 1970-ci il sentyabrın 22-də Sidneydə anadan olub. 
Daha əvvəl Qledis Bereyiklian Bayird hökumətində Yeni Cənubi Uelsin xəzinədarı, Sənaye əlaqələri üzrə, Nəqliyyat və Ovçuluq nazirləri postlarını tutub. O, həmçinin 2014-2017-ci illərdə Yeni Cənubi Uels Liberal partiyasının sədrinin müavini vəzifəsini yerinə yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.