Dünya

Suriya danışıqları: "İŞİD-dən ayrılın!" - YENİLƏNİB

23 Yanvar 2017 16:33
1 Şərh     Baxış: 4 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:33

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.

O qeyd edib ki, müxalif nümayəndə heyəti diplomatik qaydalara əməl etmir: "Nümayəndə heyətinin rəhbəri iclasa aidiyyəti olmayan çıxış etdi. O, çıxışında "Cəbhət ən-Nüsra" qruplaşmasının Ayn əl-Ficə və Vadi-Baradadakı hərbi cinayətlərini müdafiə etdi".

Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas başa çatıb.

---------

16:06

Rusiya, İran və Türkiyə Suriyadakı bütün qruplaşmaları İŞİD və "Cəbhət ən-Nüsra" terror təşkilatlarından ayrılmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı Astanada Suriya danışıqlarının yekunu üzrə sənəd layihəsinə istinadən xəbər yayıb.

Sənədin mətnində deyilir: "İran, Rusiya və Türkiyə bir daha İŞİD və "Cəbhət ən-Nüsra"ya qarşı birgə mübarizə aparmaq və onları müxalif silahlı qruplaşmalardan ayırmaq barədə niyyətlərini bəyan edirlər".

Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə görüş başlayıb.

----------

15:26

Astanada Suriya ilə bağlı danışıqların birinci iclası başa çatıb.

Trend-in məlumatına görə, danışıqlarda iştirak edən Suriyanın nümayəndəsı iclasın təşkilati xarakterli olduğunu deyib.

--------

14:00

Astanada Suriya münaqişəsinin həlli üzrə danışıqlar başlayıb.

Milli.Az-ın APA-ya "inform.kz" saytına istinadən verdiyi məlumata  görə, görüşdə 7 ölkənin nümayəndələri iştirak edirlər. 

Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

Görüş bağlı qapılar arxasında keçirilir. 

----------

12:20

Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Astana danışıqları 24 saat davam edəcək. 

Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı "Rixos Prezident" otelində keçiriləcək.

Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib. 

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.