Dünya

"Qazprom"un mühafizəçisinin 200 minlik unitazı oğurlandı

23 Yanvar 2017 11:41
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qazprom"un mühafizəçisinin 200 min rubl (təxminən 3500 dollar) dəyəri olan unitazı oğurlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşı oğurluğu evində təmir işləri aparan miqrantların etdiyini iddia edib. Mühafizəçi Maksimin sözlərinə görə, işə tez çata bilmək üçün həmin evi yeni alıb.

Lakin təmir işləri ilə maraqlanmaq üçün evə gələrkən işçilərin heç birinin orada olmadığını görüb. Eyni zamanda, evdən unitaz və bir neçə santexnika avadanlığı da yoxa çıxıb. 

Hazırda miqrant ustalar axtarışa veriliblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.