Dünya

Rəssamı parkda güllələdilər - VİDEO - FOTO

23 Yanvar 2017 12:05
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində parkda oturarkən silahlı hücuma uğrayan opera teatrının rəssamını güllələyib, ssenarist yoldaşını isə döyüblər.

Hadisə Samsun Abidə Parkında ötən gecə saat 22.30 radələrində baş verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İzmir Opera Balet teatrında rəssam-heykəltaraş olaraq çalışan Ozan Özcan (34), İzmirdə tələbə yoldaşı və İstanbulda ssenarist olan Samsunlu Arif Nas (36) ilə Abidə Parkda oturarkən yanlarına yaxınlaşan 3 naməlum gənc tərəfindən güləllənib. Ozan Özcandan siqaret istəyən şəxslər daha sonra onları vurublar.

Polis çağırmaq üçün hadisə yerindən uzaqlaşmağa çalışan Arif Nasın arxasına düşən cinayətkarlar tutduqları ssenaristi döyərək al-qana bulayıb hadisə yerindən qaçıblar. Təcili tibbi yardım briqadasının köməyi ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan park ziyarətçilərinin hər gün həmin məkanda görməyə vərdiş etdikləri Ozan Özcan və Arif Nas xəstəxanada müalicə edilirlər.

Samsun Təhlükəsizlik İdarəsi cinayətlə bağlı araşdırmaya başlayıb. Silahlı hücumda Ozan Özcanın ayağının birindən girən güllə digər ayağında qalıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəssamı parkda güllələdilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.