Dünya

Tramp dövrü dünya iqtisadiyyatı üçün nə vəd edir?

23 Yanvar 2017 10:23
1 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq 3 gündür ki, Ağ Evdə vəzifəsini icra edir. Bəs ABŞ-da sağ təmayüllü olmasına baxmayaraq, daha çox solçu ideyalarla çıxış edən Donald Trampın prezidentliyi dövrü Amerika və ümumilikdə dünya iqtisadiyyatı üçün nə vəd edir?

Milli.Az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bir sıra maraqlı proqnozlarla çıxış edib:

"Dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın "Amerika məhsulları ABŞ-da istehsal olunsun" şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı".

Ekspertin fikrincə, Azərbaycan üçün neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır: "Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizikar siyasəti "qara qızılın" qiymətində kəskin artımlara imkan verməyəcək. Tramp seçkiqabağı kampaniyasında neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür".

İqtisadçı hesab edir ki, bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil: "Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.