Dünya

"Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu"

22 Yanvar 2017 11:52
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Frank-Valter Ştaynmayer bunu "Bild am Sonntag" nəşrinə yazdığı məqaləsində qeyd edib. 

Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: "XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır".   
 
Frank-Valter Ştaynmayer məqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.
 
Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter Ştaynmayer Almaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.