Dünya

Ermənistan Atom Elektrik Stansiyasında qəza

22 Yanvar 2017 10:21
1 Şərh     Baxış: 3 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan məlumat verib.

Onun sözlərinə görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşüb və elektrik enerjisinin çatışmaması Gürcüstandan təmin edilib.

Baş nazirin müşavirinin sözlərinə görə, axşam saatlarında qəza ilə bağlı problemlər aradan qaldırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.