Dünya

Madriddəki turizm sərgisində erməni təxribatına etiraz - VİDEO

21 Yanvar 2017 22:06
1 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən "Fitur-2017" beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunması ilə bağlı etiraz aksiyası keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bundan əvvəl Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sərgi təşkilatçılarına etiraz məktubu ünvanlamışdı:

"Ümumdünya Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib".

Qeyd edək ki, sərgi yanvarın 18-də işinə başlayıb və yanvarın 22-də yekunlaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Həmyerlilərimiz Madriddəki turizm sərgisində Ermənistanın təxribatına etiraz ediblər

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.