Dünya

Avtobus dirəyə çırpılaraq yandı: 16 məktəbli öldü, 36 yaralı - YENİLƏNİB

21 Yanvar 2017 11:57
0 Şərh     Baxış: 2 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:57

İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Assosiated Press" İtaliya polisinə istinadən məlumat  yayıb.

Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır. 

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

-----------

10:13

İtaliyada baş verən yol qəzasında 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 20-də axşam Verona şəhərində baş verib.
 
Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
 
Qəzanın detalları dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.