Dünya

Saakaşvilinin partiyası qurultay keçirir - FOTO

20 Yanvar 2017 17:33
0 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tiflisdəki İdman Sarayında Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilir. 

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, tədbirin açılışında dövlət himni səsləndirilib. Qurultayı parlamentin keçmiş deputatı Petre Tsiskarişvili açıq elan edib.

Qurultaya 7 min nümayəndə qatılıb. Tədbirdə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze də iştirak edir. Tədbirə qatılanlar arasında hərəkatın lideri, sabiq prezident Mixail Saakaşvilinin  həyat yoldaşı Sandra Rulofs, anası Giuli Alasaniya da var.

Tədbir çərçivəsində Mixail Saakaşvili Vaşinqtondan qurultay iştirakçılarına müraciət edib.

Tədbirdə çıxış edən partiya liderlərindən biri Nino Kalandadze bu gün partiya üzvlərinin Gürcüstanın müstəqilliyi kursuna sadiq qaldıqlarını bildirib.

Hazırda həbsdə olan hərəkatın baş katibi Vano Merabişvilinin yenidən bu posta seçiləcəyi bildirilib.

Qurultayda qeyd olunub ki, tədbirdə partiya sədri seçilməyəcək. M.Saakaşvili partiyanın dəyişməz lideri olaraq qalacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.