Dünya

Ticarət mərkəzinin çökməsi nəticəsində 395 milyon dollar ziyan dəyib

20 Yanvar 2017 15:24
0 Şərh     Baxış: 4 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 19-da Tehranda çoxmərtəbəli ticarət mərkəzində baş verən yanğın və binanın çökməsi nəticəsində dükan sahiblərinə təxminən 395 milyon dollar məbləğində ziyan dəyib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, faciəli hadisə nəticəsində 20 min nəfər iş yerini itirib.

Binanın çökməsindən 24 saat keçsə də, xilasedicilər hələ də dağıntılar altında qalmış insanların xilası üçün çalışır. Dağıntılar altında 50 nəfərə yaxın insanın qaldığı bildirilir. Xilasedicilər yaxınlıqdakı binaların zirzəmisindən və kanalizasiya xəttindən binanın içərisinə girməyə çalışırlar. 

Bu gün səhər yaralı xilasedicilərdən biri ölüb.

Xatırladaq ki, Tehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.