Dünya

Rusiya səfirinin qətli ilə əlaqədar daha bir polis əməkdaşı həbs edilib

20 Yanvar 2017 08:33
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib. Milli.Az APA-ya istinadən xəbər verir ki, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı - Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.

Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o Ankaranın "Sincan" həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində  həbs qətimkan tədbiri seçib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.