Dünya

Tramp nüvə razılaşmasını ləğv edərsə...

19 Yanvar 2017 21:51
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mümkün addımları İranı narahat etmir. Çünki İran yaranacaq situasiyadan necə çıxacağını bilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib. Xatırladaq ki, daha öncə D.Tramp İranla əldə olunmuş razılaşmanı "uğursuz razılaşma" adlandırmışdı.

Seçki kampaniyası dövründə də o, dəfələrlə Obama administrasiyasını bu razılaşmaya görə qınayaraq, prezident seçiləcəyi təqdirdə razılaşmanı pozacağını bildirmişdi.

İran prezidenti Həsən Ruhani isə bu məsələ ilə bağlı bildirmişdi ki, D.Tramp razılaşmanı birtərəfli poza bilməz.

C.Zərif razılaşma yeni seçilmiş prezident tərəfindən ləğv edilrsə İranın hansı addım atacağı ilə bağlı suala cavab olaraq bildirib ki, D.Trampın nüvə razılaşması ilə bağlı hansı addım atması İranı əsla narahat etmir: "Tramp sürprizləri sevir və biz onu təəccübləndirməyə hazırıq".

MƏQALƏDƏ: İran Məhəmməd Cavad Zərif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.