Dünya

Rusiyadan GÖZLƏNİLMƏZ QƏRAR - Rəsmi olaraq elan etdilər

19 Yanvar 2017 15:45
1 Şərh     Baxış: 20 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya xarici işlər naziri Sergey Lavrov dörd gün sonra Astanada reallaşacaq tarixi Suriya zirvəsi üçün Vaşinqtona dəvət göndərildiyini açıqlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, dünyanın gözü 23 yanvarda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Rusiya, İran və Türkiyə arasında Suriyaya dair danışıqlara yönəlib.

Sergey Lavrov Vaşinqtona da danışıqlarda iştirak etmək üçün bu gün dəvət göndərdiyini açıqlayıb.

Tehran rəhbərliyi Moskvadan fərqli olaraq ABŞ-ın "masada" olmamasını istəyir.

Qeyd edək ki, Suriyalı müxaliflər və Şam rejimi hələ əvvəldən zirvəyə qatılacaqlarını elan etmişdi.

Təhməz Təkin
Milli.Az​

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.