Dünya

Ana 5 və 2 yaşlı uşaqlarını öldürüb

19 Yanvar 2017 14:01
3 Şərh     Baxış: 2 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində 31 yaşlı qadın iki övladını öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin yerli idarəsinin açıqlamasında bildirilir ki, qadın törətdiyi əməl barədə özü hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verib.
 
Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları 5 yaşlı qız və 2 yaşlı oğlanın meyitlərini aşkarlayıblar.
 
Uşaqların ölümünün səbəbi ekspertizadan sonra bəlli olacaq.
 
Faktla bağlı cinayət  işi açılıb.
 
Hadisəni törədən qadının bir neçə dəfə psixiatr yanına getdiyi bildirilir.
 
Qeyd edək ki, bu ilin əvvəlində də Bratskda analoji hadisə baş verib. Psixi problemlərdən əziyyət çəkən başqa bir qadın 6 yaşlı uşağını meşə massivində öldürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.