Dünya

Obamanın xarici siyasət kursu davam etdiriləcəkmi?

19 Yanvar 2017 10:59
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Obamanın mirasını Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil

Barak Obamanın Ağ evi tərk etməyə hazırlaşdığı bir vaxt həm onun tənqidçiləri, həm də tərəfdarları xarici siyasətin qarışıq olduğunu deyirlər. Üsama Bin Ladenin məhv edilməsi, Yaxın Şərq də daxil edilməklə, dünyanın bir sıra bölgəsindəki zorakılıqlar. Ekspertlər hesab edirlər ki, Obamanın mirasını Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil.

Prezident Barak Obama Suriya böhranının həlli kimi olduqca mürəkkəb suallarla qarşılaşıb. Dekabr ayında keçirilən mətbuat konfransındakı kimi:

"İllərdir biz Suriyanın vətəndaş müharibəsinə, insan iztirabına son qoyulmasına çalışırıq. Bu, mənim bir prezident kimi üzləşdiyim ən mürəkkəb məsələdir. Vəhşiliklərin, qan axıdılmasının məsuliyyətini Əsəd rejimi və onun Rusiya və İran kimi müttəfiqləri daşıyırlar".

Obama seçkiqabağı kampaniyalarında söz verdiyi kimi ABŞ qüvvələrinin Əfqanıstan və İraqda döyüş missiyasına son qoymağa nail olub.

Ekspert Brayan Katulis Buş administrasiyasının miras qoyduğu bu missiyaya son qoyulmasını təqdirəlayiq hesab edir.

"Dünya təlatüm içərisində idi. Əfqanıstan və İraqda müharibələrin sonu görünmədiyi bir halda o, ABŞ-ın regiondakı hərbi mövcudluğu və əməliyyatlarını azalda bildi".

Digər ekspert Ceyms Karafano isə Obamanın dünyanı təhlükə içərisində qoyub getdiyini deyərək, bununla razılaşmır.

"Amerikanın dünyadan uzaqlaşması, laqeydliyi və öhdəliklərinə əməl etməməsi narahatlıq doğurub. Bunu Yaxın Şərqdən, Avropadan, hətta Asiyadan eşidirik".

Prezident Obama və Donald Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, İranla nüvə razılığı, Çinlə münasibətlər, habelə Quantanamo həbsxanasının bağlanması da daxil edilməklə, bir sıra xarici siyasət məsələlərində fərqli firkirlərə malikdirlər. Obama xələfinə məsləhətlə müraciət edib.

"Növbəti prezidentə xarici siyasətdə məsləhətim budur - siyasət sistematik və məqsədyönlü şəkildə yürüdülməlidir. Prezidentin komandası onu keçmişdə görülən işlər və illərin təcrübəsi ilə əldə edilən potensial məqamlar barədə məlumatlandırmalıdır".

Lakin Trampın yanvar ayının 20-dən sonra dünya liderləri ilə ilk görüşlərində öz kursunu tutacağı görünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.