Dünya

3 sinif yoldaşını və müəllimi güllələdi, intihar etdi - məktəbdə dəhşət - VİDEO - FOTO

19 Yanvar 2017 11:20
2 Şərh     Baxış: 3 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub.

Milli.Az O Globo-ya istinadən bildirir ki, olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib.

15 yaşlı şagird iki sinif yoldaşını başlarından güllələyəndən sonra müəllimə atəş açıb, sonra daha bir sinif yoldaşını güllələyib, axırda da intihar edib.

Ştatın polis yetkilisi Aldor Faskinin dediyinə görə, atəş açan məktəbli əvvəllər depressiyadan müalicə olunub. Cinayətin motivləri bəlli deyil.

Bundan başqa, məktəblinin tapançanı haradan və necə əldə etdiyi, məktəbə necə keçirdiyi də hələlik bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

3 sinif yoldaşını və müəllimi güllələdi, intihar etdi - məktəbdə dəhşət

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.