Dünya

"Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil"

18 Yanvar 2017 23:55
0 Şərh     Baxış: 3 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Vaşinqton administrasiyası ölkəyə gələn müsəlmanları icbari qeydiyyata almaq niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-də daimi nümayəndə vəzifəsinə namizədi Nikki Heyli Senatda keçirilən dinləmələrdə bəyan edib.
 
"Biz hesab etmirik ki, dini mənsubiyyət əsasında hər hansı məhdudiyyət qoyulmalıdır. Sadəcə biz hansı ölkələrin təhlükə kəsb etdiyini bilərək həmin ölkələrdən gələn insanları yoxlamalıyıq. Ölkəyə daxil olan bütün müsəlmanların yoxlanılmasından söhbət gedə bilməz", deyə N.Heyli bildirib.  
 
Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Donald Tramp terrorçuluq fəaliyyəti yüksək olan ölkələrdən insanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.