Dünya

Rusiya və Türkiyənin Suriyada birgə əməliyyatı - 39 İŞİD obyekti məhv edildi

18 Yanvar 2017 19:25
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya ordusu Palmira ətrafında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə İŞİD terror təşkilatına qarşı hücumları davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri İŞİD-in Palmira ətrafına tarixi abidələrin dağıdılması məqsədi ilə çoxlu sayda partlayıcı gətirib yerləşdirdiyi barədə məlumat əldə edib.

Bundan əlavə Sergey Rudskoy Rusiya və Türkiyə təyyarələrinin birgə hava əməliyyatları keçirdiyini deyib.

Bu əməliyyatlar nəticəsində Hələb əyalətində 40-a yaxın obyektə zərbələr endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.