Dünya

Türkiyədə terror planlaşdıran Abud Maho tutuldu - VİDEO

18 Yanvar 2017 15:48
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şanlıurfa şəhərindən həyəcanlı xəbər gəlib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində "canlı bomba" ələ keçib.

Qeyd edilir ki, terrorçu İŞİD üzvüdür.

Terrorla Mübarizə İdarəsinin qrupları, Suriyanın PYD-nin nəzarətində olan Talebyad şəhərindən qeyri-qanuni yollarla sərhədi keçən İŞİD-çi terrorçu Abud Mahhonu gizləndiyi evdə ələ keçiriblər.

Abud Mahho ilkin ifadəsində İŞİD üzvü olduğunu etiraf edib.

O, sərhədi keçdiyi vaxt çuvalda torpağa basdırdığı canlı bombanın hazırlanmasında istifadə edilən vəsaitlərin yerini göstərib. Göstərilən yerdə qazıntı aparan polislər çuvalın içərisində 3 əl bombası, 3 uzaqdan xəbərdarlıq cihazı, 6 kapsula və 3 kilo 560 qram RDX partlayıcısı ələ keçiriblər.

Abud Mahhonun dindirilməsi davam edir.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədə terror planlaşdıran Abud Maho tutuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.