Dünya

Putin, Merkel və Olland arasında telefon danışığı olub

18 Yanvar 2017 21:57
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı "Minsk-2" razılaşmasının yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
 
"Tərəflər Ukrayna böhranının həlli kontekstində ümumi vəziyyətlə əlaqədar narazılıqlarını bildiriblər. Donbasda təmas xətti boyunca vəziyyətin pisləşməsi, eləcə də təmas qrupunun fəaliyyətinin lazımı nəticə vermədiyi vurğulanıb. Ukraynanın cənub-şərqində gərginliyin azaldılması istiqamətində səylərin artırılmasının, "Minsk-2" razılaşmasının müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb", məlumatda deyilir.
 
Putin, Merkel və Olland həmçinin "Normand dördlüyü" çərçivəsində fəaliyyətlərini intensivləşdirməyi qərara alıblar. Bununla bağlı müxtəlif səviyyəli birgə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.