Dünya

Corc Buş reanimasiyaya yerləşdirilib - YENİLƏNİB

18 Yanvar 2017 23:00
2 Şərh     Baxış: 2 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:00

Hyuston şəhərində xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buş tibbi müəssisənin reanimasiya şöbəsinə köçürülüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun vəziyyətinin stabil olduğu bildirilir.
 
NBC telekanalının məlumatına görə, 92 yaşlı C.Buş xəstəxanaya təngnəfəslik səbəbindən yerləşdirilib.
 
Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir. 

---------

12:01

ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texas ştatının Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.

KHOU 11 telekanalının məlumatına görə, 92 yaşlı sabiq dövlət başçısının həyatı üçün heç bir təhlükə yoxdur. O, bir neçə gündən sonra evinə qayıdacaq.

C.Buşun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.