Dünya

"Bu sənəd imzalanmasaydı, İran neft satışında problemlə üzləşəcəkdi"

18 Yanvar 2017 10:19
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidenti Həsən Ruhani ötən gün Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ruhani nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) imzalanmasının İran iqtisadiyyatı üçün çox faydalı olduğunu vurğulayıb: "Bu olmasaydı, ölkə neft satışında və büdcənin təminində problemlə üzləşəcəkdi. Biz HBFP razılaşması ilə dünyaya sübut etdik ki, İran xalqı və sistemi haqlı tərəfdir. Bu sistemə böhtan atanlar bu gün dünya tarixi qarşısında başıaşağı olmalıdırlar".
 
İran prezidenti ABŞ-ın yeni prezidentinin HBFP-nin dayandırılacağına dair sözlərinə münasibət bildirib: "HBFP bu demək deyil ki, kimsə haradasa seçiləcəksə, razılaşmanı pozacaq. ABŞ prezidentinin bu plandan xoşu gəlməyə bilməz. O bilmir ki, HBFP xeyrinədir. Amerikanların HBFP ilə bağlı öhdəliklərini yerinə yetirmədikləri barədə deyilənlər düzdür. Özümüzü hər cür vəziyyətə hazırlamalıyıq".  
 
H. Ruhani qarşıdan gələn prezident seçkilərində Nəzarət Şurasının onun namizədliyinin qeydiyyata almadığına dair yayılan məlumatlara münasibət bildirərkən deyib ki, bu, şayiədir. Hələ seçkilərə çox vaxt var.
 
Ruhani Suriya böhranı ilə bağlı Astanada keçiriləcək görüşlə bağlı bildirib ki, bu münaqişənin həlli bir və ya iki məsələdən ibarət deyil: "Çalışırıq ki, Astanada atacağımız ilk addım sonuncu addım olmasın, başlanğıc olsun və davam etsin. Suriyada silahlı qruplaşmaların harada olduğu bilinmir? İŞİD və "əl-Nüsrə" birlikdədir.  Kürdlərin və digər  qüvvələrin məsələsi həll olunmalıdır. İran İslam Respublikası çalışır ki,  Suriya məsələsi siyasi yolla və danışıqlarla həll olunsun".
 
İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərindən danışan Ruhani deyib ki, İran həmişə qonşu ölkələr, xüsusilə İslam ölkələri ilə əlaqələrin inkişafına çalışır. O, İran və Səudiyyə Ərəbistanı arasında heç bir problemin olmadığını qeyd edib.
 
Ruhani deyib ki, İran regionda sülh və sabitliyin  tərəfdarıdır: "İran Səudiyyə Ərəbistanının daxili işinə müdaxilə etmək niyyətində deyil və istəmir ki, Ərəbistan regionun siyasi səhnəsindən silinsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.