Dünya

4 yaşlı oğlu ilə terrorçunun yanında olduğu deyilirdi, lakin... - FOTO

17 Yanvar 2017 21:00
1 Şərh     Baxış: 4 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda "Reina" gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov dünən gecə tutulub.

Milli.Az bildirir ki, qafqazinfo-nun "Hurriyet"ə istinadən məlumatına görə, İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində saxlanılan terrorçunun yanında 4 yaşlı oğlunun olduğu deyilirdi. İstanbul valisi Vasip Şahin bu xəbəri təkzib edib: "Qızı anası ilə birlikdə idi. Oğlunun atasının yanında olduğunu düşünürdük, amma əməliyyat zamanı tapmadıq".

Uşağın aqibətinin necə olacağına dair sualı cavablandıran vali "Uşaqlarla bağlı həm bizim milli qanunvericilikdə, həm də beynəlxalq razılaşmalarda fərqli hökmlər var. O uşağın təhlükəsizliyi bu hökmlərə əsasən təmin olunacaq" deyə bildirib.

V. Şahinin sözlərinıə görə, Türkiyə polisi hazırda uşağın axtarışlarını aparır.

Terrorçunun saxlanıldığı evdə uşağa aid paltar tapılıb.

Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.

Xatırladaq ki, "Reina"da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.