Dünya

Belə doğuldu: həkimlər də gördüklərindən ŞOK OLDU - FOTO

17 Yanvar 2017 18:11
15 Şərh     Baxış: 15 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda Aparajit Lodhi adlı yeni doğulan körpə həkimlərin və anasının az qala qorxudan ağıllarını başlarından çıxaracaqdı.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, inanılmaz dərəcədə böyük dil ilə dünyaya gələn körpə az qalsın boğulacaqdı.

Həkimlər ailəyə körpənin uzun müddət yaşaya bilməyəcəyini söyləyiblər.

Dünyaya gələr-gəlməz boğulma təhlükəsi yaşayan Aparajit Lodhi həkimlərin yerində müdaxiləsiylə xilas edilib. Dili körpənin rahat nəfəs almasına əngəl olurdu. Eyni zamanda acan körpə dili səbəbiylə bir şey yeyib-içə bilmirdi. Çarəsiz körpə nəfəs alma aparatıyla həyatda saxlanılır.

Hələ dörd günlükkən əməliyyat edilib. Əməliyyatdan sonra körpə ilk dəfə udqunmağı bacarıb.

Körpənin dilinin bu dərəcə böyük olma səbəbi isə şişliyiymiş. Həkimlər 2 saat davam edən əməliyyatla şişi götürə biliblər.

Aparajit isə doğulandan sonra ilk dəfə gülümsəyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.