Dünya

Ərdoğan "Reina" terrorçusundan DANIŞDI

17 Yanvar 2017 15:27
1 Şərh     Baxış: 2 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç kimin etdiyi cavabsız qalmayacaq. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan SGK (Sosial Güvənlik Kurumu) binalarının açılış mərasimində "Reina" terrorçusu ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

O bildirib: "Terrorçunu dünən gecə təhlükəsizlik qüvvələrimiz ələ keçirib. Artıq bu ölkədə heç kimin etdiyi cavabsız qalmayacaq. Hüquq çərçivəsində hər kəsdən hesab sorulacaq. Ortaköy terrorçusunun tutulması təhlükəsizlik anlayışının əhəmiyyətli bir təzahürüdür. Bütün təhlükəsizlik və kəşfiyyat əməkdaşlarını təbrik edirəm".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.