Dünya

"Avropanın taleyi avropalıların öz əlindədir"

17 Yanvar 2017 12:32
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" xəbər yayıb.

"Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq", - deyə A.Merkel bildirib.

O həmçinin Trampın onunla tanış olmadığı barədə sözlərini cavablandırıb: "Mən ABŞ prezidentinin inauqurasiyasını gözləyirəm. Sözsüz ki, Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi biz ABŞ-ın yeni administrasiyası ilə bütün mümkün səviyyələrdə əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, ötən gün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.