Dünya

Terrorçunun tutulduğu binanın sakini: "Son 10 gündə diqqətimizi çəkən tək şey..." - VİDEO - FOTO

17 Yanvar 2017 09:29
1 Şərh     Baxış: 22 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul Terrorla Mübarizə İdarəsi (TEM) qrupları "Reina" terrorçusu "Əbu Məhəmməd Əl Xorasani" kod adlı terrorçunun qaldığı Esenyurtdakı bir evdə əməliyyat keçirərək terrorçu ilə birlikdə 5 nəfər saxlanılıb.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, əməliyyata şahid olan bina sakinləri əməliyyat anlarını izah ediblər.

Bir bina sakini: "Evdə oturmuşduq, səs-küy gəldi. Səs-küyə bayıra çıxdıq. Polislər sürətli bir şəkildə yuxarı çıxırdılar. Ondan sonra qışqıraraq "Uzan" dedilər. Polislər onun "Reina"dakı təcavüzkar olduğunu dedilər. Onu götürüb apardılar", - deyib.

İndiyə qədər binada diqqətimizi çəkən bir şey olmadı

Binanın başqa bir sakini də: "23.43-də səs-küy eşitdim. Əvvəl silahlı qarşıdurma var sandım. 155 Polis Çağırış bölməsinə zəng edib, silahlı basqın var dedim. Sonra Xüsusi Polis qüvvələrinin əməliyyat keçirdiyinin fərqinə vardım. Sonra mənzildən biri zənci olmaqla, 3 qadın, bir 3-4 yaşında uşaq çıxardıqlarını gördüm. İndiyə qədər binada diqqətimizi çəkən bir şey olmadı. Onlarla da heç bir şəkildə qarşılaşmadıq. Binamız təhlükəsiz bir binadır. Tək əskiyimiz təhlükəsizlik kamerasıydı, terrorçular da ondan faydalanıblar. Son 10 gündə diqqətimizi çəkən tək şey binada zəncilərin sıx olaraq girib-çıxmasıydı".

Əməliyyat keçirilən mənzildə isə polisin axtarışları hələ də davam edir.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

39 nəfərin qatili İstanbulda belə tutuldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.