Dünya

Son iki gündə 20 nəfər edam edildi - YENİLƏNİB

16 Yanvar 2017 15:45
1 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:45

İranda son iki gündə 20 məhkum edam edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı İranda insan haqlarını müdafiə edən "Herana" təşkilatı yayıb.

İnformasiyaya əsasən, onlar narkotik maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda, oğurluq, silah əldə etmək və qətldə günahkar bilinərək məhkum olunmuş şəxslərdir.

Xəbərə görə, edam hökmləri ölkənin Rəşt şəhərindəki Lakan Mərkəzi, Kərəcin Rəcaişəhr, Kermanın Şehab və Həmədan həbsxanalarında icra olunub.

Qeyd edək ki, beynəlxlaq hüquq müdafiə təşkilatının hesabatında 2015-ci ildə İranda 977 nəfərin edam olunduğu vurğulanıb.

----------

11:24

İranda son iki gündə 20 nəfər edam edilib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, son 48 saat ərzində İranda 20 məhkum edam olunub. Onlar oğurluq, narkotik maddələrin satışı və cinayət törətməkdə təqsirləndiriliblər.

Qeyd edək ki, 2015-ci ildə İranda ümumi 977 nəfər edam edilib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.