Dünya

"Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir" - konsul:

14 Yanvar 2017 21:22
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə iş adamları Gürcüstanda 4 beşulduzlu mehmanxana, 5 zavod və xəstəxana tikiblər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Batumidəki baş konsulu Yasin Temizkan "Anadolu" agentliyinə bildirib. Baş konsulun sözlərinə görə, Acarıstanda  400 türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 20 min nəfər yerli əhali çalışır.
 
Y. Təmizkan qeyd edib ki, türk iş adamları nəinki Gürcüstan paytaxtına investisiya yatırır, eyni zamanda ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirirlər.
 
Diplomat Türkiyə-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib.
 
Baş konsul Y. Təmizkan Türkiyənin Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.