Dünya

Sərnişin avtobusunda BİABIRÇILIQ: Kişi sərnişin qadına intim FOTO göstərib...

12 Yanvar 2017 14:36
3 Şərh     Baxış: 5 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malaziyada bir sərnişin avtobusunda biabırçı olay yaşanıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qadın sürücü avtobusa minən kişi sərnişinin təcavüzünə məruz qalıb.

Sürücünün avtobusu dayanacaqda saxladığını və avtobusda heç kimin olmadığını fürsət bilən şəxs qadına yaxınlaşaraq telefonundakı açıq-saçıq şəkilləri göstərərək, bu gecə onunla birgə olub-olmayacağını soruşub. Qadının kişi sərnişinin bu təklifini rədd etməsindən sonra o, qadını zorlamaq istəyib. Qadının təcavüzkarı itələməsi, onun qorxaraq hadisə yerindən uzaqlaşmasına səbəb olub.

Ancaq təcavüzkar bununla kifayətlənməyib. Qadın sürücünün mobil nömrəsini tapan şəxs ona əxlaqsız mesajlar yazaraq niyyətindən əl çəkməyib. 

Qadın polisə şikayət edib.

Məhəmməd Vaqif 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.