Dünya

Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"

12 Yanvar 2017 14:00
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri yazıb.
Nəşrin məlumatına görə, S.Sarkisyan onun təyinatını prezident olduğu dövrdə ən ciddi səhvlərindən biri kimi dəyərləndirib.

"Bundan sonra Karen Karapetyana son 5 il ərzində Ermənistan ərazisində fasiləsiz yaşayış barədə ərizənin verilməməsi məsələsini aktuallaşdırmaq və istənilən yolla baş nazirin hakim Respublikaçılar Partiyasının deputatlığa namizədlər siyahısına düşməsinə və parlament deputatı seçilməsinə mane törətmək qərara alınıb. Bizdə olan məlumata görə, ərizənin verilməsinin hüquqi əsasları ilə son ana qədər keçmiş ədliyyə naziri, hazırda Prezident Aparatının rəhbəri David Arutyunyan məşğul olub. Amma ona da bu prosesi dayandırmaq göstərişi verilib", - nəşr yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.