Dünya

Türkiyədə zorlanan azərbaycanlı qadın: "Kaş ki sağ qalmasaydım"

12 Yanvar 2017 12:27
23 Şərh     Baxış: 4 903

Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb. Bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib.

Hadisə yanvar ayının 4-də, saat  23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb. 

Milli.Az bildirir ki, qadın "Hürriyet" qəzetinin müxbiri Ayşe Armanın suallarını cavablandırıb.

- Sizcə, sağ qalmağınız möcüzədir?

- Kaş ki sağ qalmasaydım! Həyatda olduğuma sevinə bilmirəm. Çünki təcavüzkarın haqlı olduğunu düşünənlər var. Belə bir vəhşiliyi müdafiə edənlər var. Bu, necə olur? Anlamaq mümkün deyil!

- Siz həmişə o yol ilə gedirsiniz?

- Bəli. AVM-in qarşısında avtobusdan düşüb, 200-300 metr piyada gedirəm. Çünki mənim oturduğum prospektə nəqliyyat vasitəsi getmir. O gün hava da çox soyuq idi. Avtobus gəldi, mindim. Boş olduğuna fikir belə verməmişdim.

- Narahatlıq hiss etdinizmi?

- Xeyr. Çünki mən avtobusa minəndə iki nəfər arxa qapıdan düşdü. Düşəcəyim dayanacağa çatanda sürücüdən qapını açmasını istədim. Saxlamadı. Eşitmədiyini düşünüb təkrar etdim. Sonra əsəbi səslə "mən özüm düşürdəcəm sizi" dedi. Qorxdum. Nə olduğunu anlamadan qışqırdım. Heç üzünü belə görmədiyim kişi bir neçə dəqiqə sonra məni zorladı. Düşünə bilirsiniz? Sonra məni boğdu, başıma gələnləri danışsam, məni öldürməklə təhdid etdi. Onun məni öldürəcəyini düşündüm. Sonra mənim qorxduğumu gördü, avtobusun qapılarını açdı...

Qeyd edək ki, sürücü dərhal saxlanılıb. O, məhkəmədə ifadə verib. İbrahim T. qadının söylədiklərini təkzib edib. O, ifadəsində deyib:

"Özü istədi deyə cinsi əlaqədə olduq. Mənə dedi ki, avtobusu saxla, qaranlıq yer tap, yanıma gəl. Sonra da fikrindən daşındı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

23 Şərh:

  • Anonim
    leman · 12 Yanvar 12:2905

    inandirici gelmedi.gece vaxti bayirda olan qadinin bawina her wey gele biler

    Cavab yaz
  • Anonim
    leman · 12 Yanvar 12:3002

    gece vaxti bayirda olan qsdinin bawina her iw geler

    Cavab yaz
  • Anonim
    şərhçi · 12 Yanvar 12:40210

    məncə qadın günahkardı. gecə vaxtı niyə tək gəzib

    Cavab yaz
    • Anonim
      xxx · 12 Yanvar 12:57130

      Deyəsən insanların beyninə şeytan girib ki, hər şeydə qadınları günahladırın. Hadisə saat neçədə olub fərqi yoxdu, bəlkə biri restoranda qabyuyan işləyir evə gec gedir, bəlkə biri gecə vaxtı gedib dərman almalıdır, bəlkə birinin başında problemi var gecə evdən çıxıb çölə onda günahkar o qadın. Günahkar cinayətkar olur, cinayət qurbanı yox. Uzaq başı ağılsız deyə bilərsiniz, məcbur olmadan o vaxti küçəyə çıxana. Lap əsəbləşdirir ey məni bu cahil insanlar.

      Cavab yaz
      • Anonim
        insan*** · 12 Yanvar 14:2240

        yazan elin var olsun!

        Cavab yaz
      • Anonim
        Dostlara⊙|⊙ · 12 Yanvar 15:0130

        Hervaxtiniz xeyr olsun ..!.Xxx nikiyle yazan ,tesekkur obyektiv yanaşmaniz ucun ..!.Azerbaycanli vetendaslarin basina gelen hadiseler niye gorese burdakilara xoş gelir deyesen ..!..dehşetdir insani xeberden cox serhler yandirir .12"40..niye gunahkar qadindir ?!..Qadin gece geze bilmez ?qadinin geceler problemi olmur ?!.problem gelende xeber edib gelmire ay basina donum..!.serh yazanda bir ozunuzude o xeberi verilenin yerine qoyun ..Ne demek istediyimi anladiniz yeqinki ..!.

        Cavab yaz
    • Anonim
      anonim · 12 Yanvar 13:0740

      ne bilirsiz qadın ne işləyirmiş, is saatı necede qurtarırmış, ehtiyyacı olub işleyib bilib bilmeden danismayin belke evinde xeste usaqi, xeste asnasi , atasi, xəstə yoldaşı var məcburiyyətdən isleyib

      Cavab yaz
    • Anonim
      oxucu · 12 Yanvar 13:1540

      Mehv olsun bu zehniyyet. Iyrenirem basqa hec ne. Basiviza gelsin onda hamimiz deyek yaxsi olub

      Cavab yaz
    • Anonim
      . · 12 Yanvar 13:2310

      namus insan ücün coox deyerlidi .

      Cavab yaz
  • Anonim
    азер · 12 Yanvar 12:5725

    Гадын ялан данышыр.турклер азерилерин гардашы, гардаш баджыны зорламаз!

    Cavab yaz
    • Anonim
      Turkel · 12 Yanvar 15:4212

      Onlar hamısı türk deyilki! Kürd, laz və s

      Cavab yaz
  • Anonim
    a. · 12 Yanvar 13:0560

    Heç də qadını günahlandırmaq lazım deyil.nəfsinə sahib ola bilməyən alçaq kişilər də az deyil

    Cavab yaz
  • Anonim
    Kiraz · 12 Yanvar 13:0531

    Turkiyede bele sey cox olur( yaziq...

    Cavab yaz
  • Anonim
    ayla · 12 Yanvar 13:5840

    Biraz insaf...kişidə heç günah yoxdu? Elə qaranlıqdı deyə harda qadın gördün mütləq... öz nəfsinə sahib çıxmaq lazımdır " KİŞiDİRSƏ"

    Cavab yaz
  • Anonim
    Gunka · 12 Yanvar 14:2021

    Qadini gunahlandiran bezi geri fikirli qadinlar ne bilirsiniz bu qadin me iwleyib o vaxti evine gedir he.bir insanin duzgjnluyunu bilmeden gunahina girmeyin.Axmaq sozler yazmaga ne varki?hec kes o qadinin yerinde olmaq istemezdi.Bir azeri qadini o sozu demezki sur qaranliga iwini gor sonra da wer ata kimese.Turkler verwdiw aliblar bele axmaq hereketlerine agillari da ozlerine gedib deyesen.

    Cavab yaz
    • Anonim
      anonim · 12 Yanvar 14:5121

      Yene turkler. Belke kurtdu millyeti ne bilirsen?

      Cavab yaz
    • Anonim
      Dostlara⊙|⊙ · 12 Yanvar 15:3011

      Gunka niki ,senin deyesen Azerbaycandaki tecavuzle bagli statistikadan xeberin yoxdur !).biraz melumat topla ..Herseyi onun bunun boynuna atmayin evvel donub oz milletinizede baxin!.

      Cavab yaz
  • Anonim
    азер · 12 Yanvar 14:3510

    Мен Айла иле там разыям.бир де гадынларын хеч бири зорланмагдан сыгорталанмыр.озунузу мудафиенин ен яхшы варианты ёлухуджу сагалмаян хестелик адыны чекмекле манякы горхуда билерсиз!

    Cavab yaz
    • Anonim
      Dostlara⊙|⊙ · 12 Yanvar 15:3210

      Azer niki ele danisirsiz ele bil,tecavuz eden ,evvel ozunu teqdim edir sonra cirkin emeline el atir ?)))guya o emindirki onun qurban secdiyi qadin yoluxucudur ya yox ?onun ne vecine ?!.Bunun basqa varianti yoxdur ,Allah ozu o cur insanlardan yaxinlarimizi swvdiklerimizi qorusun amin!.

      Cavab yaz
  • Anonim
    Gunka · 12 Yanvar 15:4120

    Cox sag ol men ele axmaq melumatlar toplamiram.Bizim milletin qadinin bawina gelib her halda ona gore acidim halina.Kiwinin hereketlerinden bilinirki yalan daniwir.hec bir qadin bawina bu cur hadisenin gelmesini istemez.Eger isteseydi demezdi kaw olerdim sag qalmazdim.sen de arada melumat topla

    Cavab yaz
  • Anonim
    Gülnur · 12 Yanvar 16:0340

    Qadının heç bir günahı yoxdu. Heç bir qadın başına belə bir hadisənin gəlməsini istəməz. Amma həyatda heç kim heç nədən sığortalanmayıb. Təcavüzə məruz qalmış qadını günahlandıranlar həm vicdansız, həm də ağılsız insanlardı. Bir qadın gecə avtobusa minibsə bu onun əxlaqsız olduğunu göstərməz, ona təcavüz edənə haqq qazandıra bilməz. Bildiyimə görə Türkiyədə universitetlərdə dərslər axşam gec qurtarır, gecə işləyən iş yerləri də çoxdu. Yəni bir qadının saat 11-də 12də küçədə olması normal haldı. Belə bir hadisə bu qadını qınayanların və ya onların yaxınlarının da başına gələ bilər. Bir az insanlığınız olsun.

    Cavab yaz
    • Anonim
      Vefa · 12 Yanvar 16:4100

      Düzünü Allah biler .Allah namussuz cahil insanlara lenet elesın ne demek olar

      Cavab yaz
  • Anonim
    азер · 12 Yanvar 19:2900

    Бу 100% ёхланыб, "менде СПИД вар ".вессалам

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.