Dünya

Gürcüstan və "Qazprom" Ermənistana qaz tranziti şərtlərinə dair razılığa gəliblər

11 Yanvar 2017 22:52
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti "Qazprom" şirkəti ilə Rusiyanın Ermənistana qaz tranzitinə dair yeni şərtlər əsasında müqavilə imzalamaq qərara alıb.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın Energetika naziri Kaxa Kaladze bəyan edib.
 
Danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. K.Kaladzenin sözlərinə görə, keçirilən bir neçə raund danışıqlar nəticəsində Gürcüstan optimal təklif ala bilib. Qaz tranzitinin qiyməti məsələsini açıqlamayan K.Kaladze bildirib ki, yeni şərtlər bundan əvvəlkindən, demək olar ki, fərqlənmir.
 
Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub.
 
Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.