Dünya

1000 manatlıq QƏTL: Düşünmədən tətiyi çəkdi - VİDEO

11 Yanvar 2017 16:49
0 Şərh     Baxış: 3 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Kağıthane qəsəbəsində iki min lirə üçün törədilən qətl kameralara düşüb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, ticarət üzündən başlayan mübahisədə silaha əl atılıb. 

İddiaya görə, A.D. Mehmet Avcı adlı dekorasiya işi ilə məşğul olan şəxsə 2 min lirəlik avadanlıq satıb. Mehmet Avcının borcunu ödəmədiyini iddia edən A.D., Kağıthanedəki mağazasına gedib.

Cütlük arasında böyüyən mübahisə silahlı döyüşə çevrilib. A.D. silahını çıxararaq Mehmet Avcıya atəş açıb. Daha sonra ona hücum edən başqa bir adamı də silahla yaralayan A.D. hadisə yerindən qaçıb. Mehmet Avcı aldığı güllə yarasından hadisə yerində həyatını itirib. Polislər cinayət hadisəsi sonrası A.D.-nı saxlayıb.

Polis idarəsindəki sorğu-suladan sonra qatil haqda həbs qərarı çıxarılıb.

Dəhşətli qətl anbaan kamerala qeyd edilib:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

1000 manatlıq QƏTL: Düşünmədən tətiyi çəkdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.