Dünya

Höccətül-İslam Əzimi Qədim Tehranda həbs edilib

10 Yanvar 2017 22:25
8 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələr din xadimi Höccətül-İslam Əbdüləziz Əzimi Qədim, həmçinin milli fəal Əli Bağırinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirirlər.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portallarında verilən məlumatlara görə, türk fəallar Tehranda tutulublar amma hazırda harada saxlanıldıqlarına dair məlumat yoxdur.

Əzimi-Qədim 2005-ci ildən bəri fəaliyyətləri üzündən dəfələrlə İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb.

O daha əvvəl Amerikanın Səsinə müsahibədə Azərbaycan və digər bölgələrdə yaşayan türklərə tətbiq edilən basqıları tənqid edərək, İran İslam Respublikasında şovinizm və İslamçılığın bir-birinə qarışdığını önə çəkmişdi.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.