Dünya

ABŞ Türkiyə şirkətlərinə qarşı sanksiya tətbiq etdi

9 Yanvar 2017 21:12
4 Şərh     Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ticarət Nazirliyi Türkiyənin iki şirkətinə və üç fiziki şəxsinə qarşı sanksiyaların tətbiq edilməsi barədə məlumat yayıb. Buna səbəb həmin hüquqi və fiziki şəxslərin İranla əlaqələridir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Murat Taşkıran və "Kompozit Kimya" şirkəti ABŞ qanunlarına zidd olaraq, İrana "Amerika istehsalı olan yüksək keyfiyyətli karbon liflərinin" ixracatına görə "qara siyahı"ya salınıblar.

Bundan başqa, Reşit Tavan, Fulya Kalafatoğlu Öztürk və "Ramor group" şirkəti "İran hərbçilərinin istifadəsi üçün Amerika istehsalı olan malların İrana ötürülməsi"ndə günahlandırılıblar və onlara qarşı sanksiya tətbiq edilib.

Bundan sonra adı çəkilən şirkətlər və fiziki şəxslərə qarşı ABŞ-da xüsusi ixracat rejimi qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.