Dünya

Ərdoğan: "Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur"

6 Yanvar 2017 21:26
Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışında deyib.

"Terrorçulara silah və pul verilir. Məqsəd Türkiyəni dizi üstə oturtmaqdır. Amma buna nail ola bilməyəcəklər. Türkiyə öz yolu ilə gedəcək. PKK, İŞİD, FETÖ Türkiyəyə ard-arda zərbə vurmağa çalışır. Heç kim inkar edə bilməz ki, onlar müəyyən güclər tərəfindən silahlandırılmır, maliyyələşdirilmir. Türkiyəyə açıq şəkildə qarşı çıxmağa qadir ola bilməyənlər terrorçuların əli ilə öz planlarını həyata keçirməyə çalışırlar".

Onun sözlərinə görə, bu gün Türkiyəyə hücum edən terrorçuları dəstəkləyənlər sabah özləri bu təhlükəyə hədəf olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.