Dünya

İzmirdə daha qanlı faciə hazirlanıbmış

5 Yanvar 2017 23:02
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Veysi Kayak deyib.
"Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir", - deyə Veysi Kayak qeyd edib.
 
Qeyd edək ki, İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Terrorçulardan ikisi öldürülüb, daha biri barəsində axtarış elan edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.