Dünya

İstanbuldakı terror aktında həlak olmuş azərbaycanlı qız Rusiya vətəndaşı imiş - YENİLƏNİB - VİDEO

2 Yanvar 2017 14:55
4 Şərh     Baxış: 7 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:55

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənova Rusiya vətəndaşı olduğu müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində yer alan məlumatda deyilir: 

"İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk". 

Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. 

----------

11:11

Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı "Reina" gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız, əslində, Rusiya vətəndaşı imiş.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə mənbəyə istinadən TASS agentliyi xəbər verib.

"Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğunu sübut edir", - konsulluqdan məlumat verilib.

Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Жертвой атаки на стамбульский клуб стала россиянка

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.