Dünya

Terrakt zamanı məşhur model də "Reina"da olub - FOTO

2 Yanvar 2017 10:00
2 Şərh     Baxış: 5 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı model Tuuçi Kaş və "Gigolos" reality şousunun ulduzu Aş Armand da yeni il gecəsi "Reina" klubunda olublar.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, onlar sosial şəbəkədə silahlı basqından təxminən 5 dəqiqə əvvəl məkandan çıxdıqlarını qeyd ediblər. 

Modellər bildiriblər ki, təhlükəsiz ərazidədirlər.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.